Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb.
Qurum rəsmisi bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: “Yarmarkalar metronun “Elmlər Akademiyası”, “28 May”, “İnşaatçılar”, ” Nəriman Nərimanov”, “Koroğlu”, “Neftçilər” və “Xalqlar dostluğu” stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq.”
Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.