Braziliyada dəhşətli hadisə baş verib.

“Ölkə.Az” xəbər verir ki, uzun müddət əvvəl itkin düşən fermerin sümükləri, saçı və dəri parçaları timsahın mədəsindən tapılıb. Yerli sakinlər baş verənlər qarşısında çaşqına dönüblər.

47 yaşlı Adilson de Oliveyra Braziliyanın mərkəzindəki Tocantisdəki Javae çayının sahilində digər kənd sakinləri ilə düşərgə quranda 28 iyul tarixində itkin düşüb.

Oliveyranın timsah ovlarkən başqa bir timsah tərəfindən hücuma məruz qaldığınan şübhələnən kənd sakinləri göldəki timsahı təqib ediblər. Növbəti gün kənd sakinləri timsahı öldürüblər.

Təxmin edildiyi kimi timsahın mədəsindən sümük, dəri və saç parçaları çıxıb. Kənd sakinləri rəsmilərə bu barədə məlumat veriblər. Ötən həftə ekspertizaya göndərilən qalıqların Oliveyraya məxsus olduğu müəyyənləşdirilib.