Finlandiyanın cənub-qərbindəki Turku şəhərində naməlum şəxsin insanların üzərinə bıçaqla hücum etməsi nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə STT xəbər agenliyi məlumat yayıb.


*** 18:08

Bakı. 18 avqust. REPORT.AZ/ Finlandiyada naməlum şəxs insanların üzərinə bıçaqla hücum edib.

“Report” NTV-yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Turku şəhərində qeydə alınıb.

Məlumatda xeyli sayda adamın yaralandığı bildirilir.

Polis hücum edən şəxsi yaralayaraq ələ keçirib.

“The Turun Sanomat” qəzeti hücumda bir nəfərin öldüyünü yazıb.