Barselonada törədilən terror aktı ilə əlaqədar İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Bu barədə “Report”a İspaniyanın Bakıdakı səfirliyinən məlumat verilib.
Səfirlikdən həmçinin bildirilib ki, yerli vaxtla saat 12:00-da bütün İspaniya ərazisində terror hücumu nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükut elan olunacaq.
Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzindəki piyada keçidli Rambla küçəsində naməlum sürücü idarə etdiyi avtomobili piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər həlak olub, 119 nəfər yaralanıb. Polis 3 şübhəli şəxsi saxlayıb, amma sürücünün axtarışları hələlik davam etdirilir.
Oxşar terror aktı Kambrilsdə törədilib, 7 nəfər xəsarət alıb.