Kataloniyada terror aktları nəticəsində ölənlərin sayı 15-ə çatıb

Kataloniyada terror aktları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Astarainfo.az Trend-ə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb