Əfran “Qarabağ”a qələbə qazandırdı

Bu gün Topaz Premyer Liqasında ikinci tura start verilib.

Astarainfo.az Qol.az-a istinadən  xəbər verir ki, bu dəfə turun oyunları 2 gün ərzində keçirilir.

Turun açılış matçı “Dalğa Arena”da  oynanılıb. Premyer Liqa tarixində ilk ev oyununa çıxan “Səbail” “Neftçi”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Səbail”i “Neftçi”nin keçmiş baş məşqçisi Samir Əliyev çalışdırır.

Günün ikinci matçında isə son illərin çempionu “Qarabağ” “İnter”lə üz-üzə gəlib. Ağdam klubu bu matçda Əfran İsmayılovun qou sayəsində qələbə qazanıb və vahid lider olub.

Topaz Premyer Liqası

II tur

19 avqust (şənbə)

20:00. “Qarabağ” – “İnter” – 1:0
Qol: 
Əfran İsmayılov, 89
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
“Azersun Arena”

18:00. “Səbail” – “Neftçi” – 1:0
Qol:
 Elman Tağayev, 90+1
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Dalğa Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: 
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
 Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
Qəbələ şəhər stadionu