Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının “Oskar” Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib.

 Astarainfo.az Oxu.Az-a istinadən  xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub. O cümlədən, komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filminin Amerika Kino Akademiyasının “Oskar” Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına namizədliyi təqdim edilib.