Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması ilə əlaqədar açıq tender elan edib.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 19-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 25-nə qədər DSMF-nin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 80 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.
Təkliflərə oktyabrın 2-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.