Lerik rayonunda yol qəzası baş verib.
Astarainfo.az “Report”un Cənub bürosuna istinadən verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun 23-cü km-də qeydə alınıb.
Belə ki, “Toyota Land Cruiser” markalı minik avtomobili sərt döngədə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb, onun xanım sərnişini isə ağır yaralanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.