Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.
Turun açılış matçı “Dalğa Arena”da keçirilib. İlk turun uğursuzları “Səbail”lə “Neftçi” Bakı derbisində qarşılaşıblar. Oyunda vurulan yeganə qol 90-cı dəqiqədə qeydə alınıb. Elman Taqayevin qolu meydan sahiblərinin ilk qələbəsini rəsmiləşdirib. Bununla da Premyer Liqanın debütantı “Səbail” ölkə çempionatında ilk qələbəsini qazanıb.