Azərbaycana xarici investorların cəlb edilməsi və mikromaliyyə sahəsində mövcud olan yeni xidmət sahələrinin təqdim etmək məqsədilə oktyabrın 6-da V İnvestorlar Yarmarkası keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mikromaliyyə Assosiasiyasından məlumat verilib. Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatlarının da iştirakı gözlənilir.
Bundan əlavə, ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.