Astarainfo.az xezerxeber.az-a istinadən xəbər verir ki, Azərbaycanlı gənclər dünyaya səs sala biləcək bir layihəyə imza atıblar. Onlar təyyarə layihəsi hazırlayıblar. Airkraft adlanan layihə öz sinifində fərqli və üstün edə biləcək bir çox cəhədlərə malikdir. Hazırlanan 6 komplektasiyalı mühərrik sistemi ilə gənclər təyyarəni səsdən ən azı 2 dəfə sürətli etməyi hədəfləyirlər. Əgər təklif olunan layihə tədbiq olunarsa, təyyarə sürət itirdikdən sonra uzun müddət havada sabit dayana və yerə qəzasiz enə biləcək.
Azərbaycanlı gənclərin səsdən iki dəfə sürətli təyyarə ixtira ediblər.
Gənclər artıq ixtiranın patentinin də alınması üçün xarici ölkələrə də üz tublar. Bir çox funkusiyalarına görə özündə müxtəlif yenilikləri nəzərdə tutan bu layihə də rahatlıq imkanları isə maksimum nəzərə alınıb. Təyyarədə hətta lüks restoran da nəzərdə tutulub.
Layihənin hazırlanmasında əsas məqsəd səyahət zamanı vaxt və yanacaq kimi bir çox sərfiyyatları aradan qaldırmaq, ekoloji mühitin, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına nail olmaqdır.
Vip aircraft adı verilən təyyarə layihəsi dünyada bir ilkdir.