Nuh peyğəmbərin gəmisinin harada dayanması haqda indiyəcən çoxsaylı versiyalar irəli sürülüb. Hətta Naxçıvanı da bu versiyalara əlavə edənlər olub və qeyd ediblər ki, Naxçıvan-Nuh çıxan deməkdir və.s. Ancaq bir çox elmi tədqiqatlar və danılmaz həqiqətlər, hətta dini – tarixi mətnlər aşağıdakı reallığı təsdiqləyir. Doğrudur, Naxçıvanın da din aləmində xüsusi yeri vardır. Əshabi Kəhf mağarası da bu şəhərdə yerləşir ki, bu mağaranın və əhlinin haqqında “Quran”da surə vardır.

Çeçenlər özlərini “Noxça” adlandırırlar. Digərləri isə onlara çeçen adını qoyublar. Noxça sözünü isə çeçenlər özləri Nuh Peyğəmbərin ümməti olmaları ilə əsaslandırırlar. Yənu Nox – Nuh, Noxça, yəni Nuhun əhli… Məhz Naxçıvanı da özlərinə doğma diyar hesab edirlər. Bu haqda növbəti araşdırmalarımızda qeyd edəcəyik, inşallah. Keçək əsas mətləbə… Tövratda göstərilən Ararat dağı, əslində Cudi dağıdır. Babildən Türkiyəyə qədər uzanan dağ silsiləsidir. Ancaq gəminin oturduğu yer Bağdad ərazisidir. 1951 – ci ildə “Qaf vadisi” adlı məntəqədə Sovet arxeoloqları tərəfindən qazıntı işləri aparılarkən üzərində yazı olan qədim taxta qırıntıları aşkarlanmışdır. Bu da onları həmin qazıntı işlərini genişləndirməyə, həm də dərinləşdirməyə vadar etmişdi və nəticədə bir çox daşa dönmüş taxtalar üzə çıxmışdı. Axtarış nəticəsində tapılmış bu taxtalar arasında uzunluğu 14 metr, eni isə 10 metr olan dairəvi bir lövhə onları təəccüb və dəhşətə gətirmişdi. Belə ki, bu taxta digərlərindən fərqli olaraq heç bir tarixi təsirə məruz qalmamışdı. 1952 – ci ilin sonunda bu taxtalar ətrafında aparılan tədqiqatın nəticəsində məlum olmuşdur ki, tapıntılar Nuhun gəmisinə məxsusdur. Qədim dildə olan yazının nədən bəhs etdiyini müəyyənləşdirmək üçün 1953 – cü ildə Sovet hökuməti 7 mütəxəssisdən ibarət xüsusi komissiya təşkil etdi.

Bu alimlər 1. Sulyanov – Moskva universitetində dil üzrə müəllim, 2. Xruyev – həmin universitetdə dil üzrə müəllim, 3. Müşatin – “Qədim əsərlər” muzeyinin direktoru, 4. Korovin – “Koynozoy” fakültəsində müəllim, 5. Polkin – “Lenin” institutunda arxeologiya müəllimi, 6. Əhməd Poladi – Elmi araşdırma və tədqiqat üzrə rəhbər, 7. Kolotov – “Stalin” universitetinin direktoru. Bu komissiyanın 8 aylıq araşdırmalarından sonra gəldiyi nəticə bu olub ki, lövhə Nuhun gəmisinə məxsusdur və gəmini bəlalardan qorumaq üçün qoyulub. Lövhənin üzərində olan yazı qədim Samiyyə dilində yazılıb. Britaniyalı alim, Mançestr universitetinin qədim dillər üzrə müəllimi İf Maks yazını ingilis dilinə tərcümə etmişdir. Tərcümədə “İlya”, “Şəbbər”, “Şübeyr” Samaniyyə dilində “Əli”, “Həsən”, “Hüseyn” adlarının qarşılığıdır. Alimlər bu beş müqəddəs adın və onların Allah yanına olan məqamının ucalığı qarşısında dəhşətə gəlmişlər. Çünki Nuh onları Allaha təvəssül etmişdir. Ən maraqlası budur ki, 1000 illərdən sonra alimlər (özü də ateist) bu lövhədəki yazını oxuyub açıqlamağa cəsarət tapa bilmişlər. Lövhə hazırda Moskvada “Qədim Əsərlər” muzeyində saxlanılır. “Quran”ın “Qəmər” surəsinin 15 – ci ayəsində yazılıb: “Biz onu (Nuh qövmünün başına gələn tufan hadisəsinin qalıqlarını) ibrət və nişanə üçün saxladıq. Heç ibrət alan varmı?” … Beş barmaq – ələm şəkilli lövhənin üzərindəki yazının tərcüməsi belə idi: “O my God: My helper. Repp my hand vith mercy and with your – Holybodies. Mohamad, Alia, Shabbar, Shabir, Fatema. They all are biggests and honaurables. The world Estabilshed for them. Help me by their names”: “Ey Allahım, lütfünlə, rəhminlə və bu müqəddəs məxluqların hörmətinə – Muhəmməd, İlya, Şibr, Şübeyr, Fatimə – mənə kömək ol. Həqiqətən bu beş nəfər əzəmət sahibləridir və onlara ehtiram etmək vacibdir. Çünki sən bütün dünyanı onların xatirinə xəlq etmisən”.

1. “Stafor Bartaniya” jurnalı Livan 1954 – cü il, yanvar 2. “Mancheslor Sunlight” jurnalı 1954 – cü il, 23 yanvar 3. “London weekly Mirror” jurnalı 1954 – cü il, fevral Qeyd edim ki, dini mətnlərə görə Peyğəmbərlər özlərindən əvvəlki və sonrakı hadisələri bilirdilər. Bunu Allah onlara əyan edirdi ki, xalqın onlara verəcəyi suallar qarşısında aciz qalmasınlar. Ona görə də Nuhun özündən əsrlər sonra dünyaya gələcək Məhəmməd və Onun əhli-beyti haqda bilməsi qeyri-adi deyildir. Müasir dövr elm dövrüdür. İnsanlar artıq dini mətnlərə də rəvayət və hədislərdən deyil, məhz bu cür elmi-tədqiqatlardan və real faktlardan gətirilən sübutlarla inanmaq zorundadırlar. Çünki daha insanları sözün yaxşı mənasında rəvayətlərlə inandırmaq çətindir. Allah ilk əvvəl ruhları yaratdı.

Daha doğrusu Məhəmməd Peyğəmbərin ruhu və ona ən yaxın olan 5 şəxsin ruhunu yaratdı. Nümunəvi şəxsiyyətlər və obrazlar olaraq onları hər yaratdığı məxluqa təqdim edirdi. Hətta Adəmə də təqdim etdiyi haqda çoxlu nəqllər vardır. Eyni zamanda Nuha da təqdim etmiş və son göndəriləcək Peyğəmbərin ən yaxınları ilə tanış etmişdir. Bu aləmə misal aləmi və ya Zərr aləmi – aləmi-zərr deyilir. “Quran”da hətta qeyd edilir ki, Allah bütün ruhlardan ona sadiq olacaqları, ondan başqasını Ona şərik qoşmayacaqları bərədə əhd aldı. Ruhlar da Allaha söz verdilər. Ona görə də hər kəsin ruh yaddaşında gördükləri yerləri sankı haçansa görübmüş kimi təəssürat yaranır. Yaddaşın qüvvəsi insanın necə ana bətnindəki dövrünü xatırlamağa gücü çatmır, o cümlədən, ruhlar dövrünü də xatırlamağa gücü çatmır. Çünki bəsirət çirklənir dünya əməlləri ilə. Əgər bəsirət paklanarsa, insan divarın o biri üzünü və özünün ruhlar dövrünü asanlıqla xatırlaya bilər. Ona görə də Nuhun bu 5 şəxsi xatırlaması Allahın onlara daha çox sayğısı və hörməti olduğunun təzahürüdür. Bu simalar peyğəmbərə ən yaxın olanlar idilər. Onun əmrlərinə qeyd-şərtsiz tabe olaraq artıqlaması ilə dini yaşamış insanlar idilər. “Tövrat”da, “İncil”də, “Zəbur”da və digər dinlərin müqəddəs saydıqları kitablarda belə onlar haqda məlumat vardır. Sonda Yer üzünə saleh insanların varis olacağını Allah “Quran”da bildirir. Həzrət Məhəmməddən sonra da peyğəmbər gəlməyəcəyi baxımından onun əhli-beyti və ümməti sonuncu salehlərdir. Bütün peyğəmbərlərə və Nuha salam olsun !

 

  xezerxeber.az