Bu gün Topaz Premyer Liqasında ikinci tura yekun vurulacaq.
Günün ilk matçı Yevlaxda keçirilib. Gəncə stadionu hazır vəziyətdə olmadığından “Kəpəz” bir müddət rəqiblərini məhz burada qəbul edir. Şahin Diniyevin komandası “Zirə”ni sınağa çəkib. İlk turda xalsız qalan “Kəpəz” “Zirə” ilə oyuna uğur qazanmaq üçün çıxıb. Lakin “Zirə” Gəncə təmilsçinin bu istəyinə imkan verməyib və 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Ayxan Abbasovun komandası vurulan və buraxılan qolların daha yaxşı nisbətinə görə, ən azı “Qəbələ” – “Sumqayıt” matçı bitənə kimi liderliyə yüksəlib.
Tura isə Qəbələdə yekun vurulacaq. Eyniadlı komanda “Sumqayıt”ı sınağa çəkəcək. Komandaların 21-ci dueli maraqla gözlənilir. İlk turu 2:1 hesablı qələbə ilə başa vuran tərəflər uğurlu çıxışını davam etdirməyə çalışacaqlar. Qalib gələn tərəf həm də turnir cədvəlində “Qarabağ”ın vahid lider olmasına imkan verməyəcək.
Topaz Premyer Liqası
II tur
20 avqust (bazar)
20:00. “Qəbələ” – “Sumqayıt” – 1:0 (İkinci hissə)
Qol: Tellur Mütəllimov, 40
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
Qəbələ şəhər stadionu
17:00. “Kəpəz” – “Zirə” – 0:3
Qol: Nicat Qurbanov, 21, Təmkin Xəlilzadə, 49, 87
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
Yevlax şəhər stadionu