Dünyanın müxtəlif ölkələrindən olduqca fəal, mütərəqqi gəncləri, eləcə də təcrübəli, nüfuzlu şəxsləri Bakıda bir araya gətirmək parlaq ideyadır. Qlobal Gənc Liderlər Forumu çərçivəsində yaşlı və gənc nəslin nümayəndələrinin apardıqları fikir mübadiləsi önəmlidir. Hər iki nəslin bir-birindən öyrənəcəyi şeylər çoxdur. Bütün bunlar həm özümüzün, həm də yaşadığımız dünyanın dəyişməsinə kömək edə bilər. Ümumiyyətə, Qlobal Gənc Liderlər Forumu dünyanın daha da yaxşıya doğru dəyişməsinə öz töhfəsini verəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qlobal Gənc Liderlər Forumunun iştirakçısı, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenkonun xanımı Katerina Yuşenko deyib. Bakıya yeddinci dəfədir gəldiyini söyləyən Katerina Yuşşenko deyib: “Bakını sevirəm. Hər dəfə buraya gələndə şəhərin dəyişməsinin, müxtəlif yeniliklərin baş verməsinin şahidi oluram. Bu gəlişim isə xüsusidir. Belə ki, bu dəfə 18 yaşlı qızımı da Bakıya gətirmişəm və Azərbaycan kimi gözəl ölkə ilə onu da tanış etmək imkanım yaranıb”.