Bu günlərdə Astaraya gələn xarici turistlərin sayı xeyli artmışdır.Əlbəttə turistlər arasında maraqlı fikirləri ilə diqqət cəlb edənlər də az deyil. Bunlardan biri də İranlı məşhur səyyah Hamid Ghazidir.  

Astarainfo.az xəbər verir ki, səyahət etdiyi bütün ölkələrin ictimaiyyət nümayəndələri ilə görüşdüyünü deyən Hamid Ghazi Astara bələdiyyəsinin sədri A.Məmmədova ilə və “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə ilə görüşüb.
Astara qəzetinə müsahibə verən iranlı səyyah Astaranın təbii məzərəsinə, füsunkar gözəlliklərinə vurulduğunu və təhlükəsizliyin yüksək səviyyədə olduğunu vurğulayıb.
  Hamid Ghazi 62 yaşındadır  velosipedlə  ölkələri gəzərək insanlara idmanın faydaları , siqaret və qəlyanın zərərləri haqqında məlumatlar çatdırır.   Tanınmış səyyah dünyanın diqqətini velosiped turizminə yönəltmək istədiyini və idmanın bütün pis vərdişlərdən uzaq olmaq üçün ən gözəl vasitə olduğunu bildirib.
 Bir ay əvvəl Tehrandan velosipedlə yola çıxan iranlı məşhur  səyyah əvvəl Türkiyəyə  ordan da Kuzey Kıbrıs Türk Cumhuriyyətinə yola düşmüşdür. Hamid bəyin növbəti səfəri Azərbaycanın Astara şəhəri olmuşdur.Onun dediyinə görə həyatda sağlıqlı və plansız yaşayır.Gedəcəyi ölkəni əvvəlcədən planlaşdırmır və qərarlarını anlıq olaraq verir.İdmanın faydaları, siqaret və qəlyanın ziyanları haqqında olan plakatları da daim getdiyi ölkələrə aparır.Plakatlar ingilis,türk, ərəb dillərindədir.
5 gün boyunca Astarada qalıb Astara Park Bulvarını və tarixi məkanları gəzən Hamid bəy Astaranın təbii gözəlikləri ilə yanaşı Astara Park Bulvarının da çox möhtəşəm olduğunu vurğulamışdır.Bəzi  günlərdə  özü ilə gətirdiyi çadırda qalan Hamid bəy Astarada təhlükəsizliyin də ən yüksək səviyyədə təşkil olunduğunu da qeyd etmişdir.Dediyinə görə çadırda qalması onun səyahətinin ən marqlı hissəsidir.

Görüşlərdə xüsusilə vurğulanıb ki, son illər Astaraya gələn turistlərin sayının kəskin artması regionda turizm infrastrukturunun formalaşdığının əyani göstəricisi kimi qəbul edilməlidir.