Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, nazir Oqtay Şirəliyevin əmri ilə Qasımov İlqar Əbülfəz oğlu direktor vəzifəsinə təyin edilib.
İ.Qasımov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Respublikası Tibb İnstitutunu bitirmişdir. 1994-cü ildə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda Tibb Elmləri Namizədliyini müdafiə edib.
1996-2000-ci illlərdə Moskva şəhərinin Mərkəzi travmatologiya İnstitutunda doktorantura keçmiş, tibb elmləri doktoru dərəcəsini müdafiə edib.
2000-2004-cü illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində çalışıb.
2004-2006-ci illərdə Rusiya Tibb Akademiyasının Diplomdan sonkarı təkmilləşdirmə, travmatologiya və ortopediya kafedrasının elmi işçisi olub.
Sonralar Bakı şəhərinə qayıdaraq ixtisas üzrə çalışıb.
Qeyd edək ki, İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.