Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti günü “Qəbələ”-“Sumqayıt” görüşü ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Qəbələdə keçirilən matç meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 1:0. Matçda yeganə qolu “Qəbələ”nin futbolçusu Tellur Mütəllimov vurub. Bununla da “Qəbələ” ikinci oyununda ikinci qələbəsini qazanıb. Xallarının sayını 6-ya çatdıran “Qəbələ” “Qarabağ” və “Zirə” ilə birlikdə turnir cədvəlinin zirvəsində yer alır.