Qırğızıstanda 5,0 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 371 km cənub-qərbdə, Qırğızıstan ərazisində, ocağı isə 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.