Astarainfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, qızıl zinət əşyalarının qiymətində ucuzlaşma müşahidə olunur. Amma maraqlısı budur ki, sadə yalnız qızldan ibarət olan modellərdə qiymət azalmasa da daş-qaşlı modellərdə nəzərə çarpacaq ucuzşlama var. Xüsusi ilə də bahalı modellərdə.

Qiymət ucuz alıcı bol. Qızıl bazarına qiymətlər 50 faizə qədər ucuzlaşıb.

Satıcıların sözlərinə görə ucuzlaşma daha çox toy mövsümü ilə əlaqədardır.

Satıcıların sözlərinə görə ən çox endirim briliyant modellərdədir.Tələbat daha çox toya görə bu modellərə olduğu üçün endirimlərdə məhz bu modellərədir.

Ucuzlaşma əsasən bahalı zinət əşyalarında müşahidə olunur.

Briliyant modellərdən fərqli olaraq sadə qızılların qiymətində isə ucuzlaşma yoxdur.

Satıcıların sözlərinə görə hazırda qiymətdə hər hansı bir artım olmasada amma il sonuna kimi artım gözlənilir. Qramı 58 manata təklif olunan qızılların 62 manat qədər artımı gözlənilir.

Alıcıların isə bir qismi qiymətlərdən razı olsada bəziləri hecdə vəziyyətin ürəkaçan olmadığını bildiriib.

Ümumiyətlə isə indi maraq daha çox türk və ağ qızıladır.