Entoni Flü adlı fəlsəfə üzrə professorun elmi kəşfi bütün dünyanı lərzəyə gətirdi. Flü etiraf etdi ki, ateizm (allahsızlıq) insanlığın ən böyük yanlışıdır.
Publika.az bildirir ki, professor Flü vaxtilə ateizmi elmi cəhətdən ən güclü şəkildə təbliğ edən elm adamı olub. Alim onilliklər boyu yazdığı kitablar, böyük auditoriyalar qarşısında söylədiyi mühazirələrlə Allahın varlığını elmi yolla inkar etməyə çalışıb.
Lakin 2004-cü ildə qatı ateist olan fəlsəfəçinin düşüncələri alt-üst olur. Flü ictimaiyyət qarşısında bugünədək apardığı elmi araşdırmaların sadəcə böyük bir yanlış olduğunu etiraf edir. “Dünya, bəşəriyyət öz-özünə yarana bilməzdi. Bütün bunların hərşeydən və hərkəsdən qüdrətli bir yaradıcısı olmalıdır”- deyə Flü etiraf edib.
Alimin sözlərinə görə DNT molekullarının quruluşu sübut edir ki, o, öz-özünə yaranıb mövcud ola bilməzdi və hansısa qüvvə tərəfindən var edilib. Genetik kodun özündə daşıdığı ensiklopedik informasiya toplusu da Allahın varlığına bir sübutdur.
Entoni Flü bu elmi araşdırma ilə çıxış edəndə alimin 81 yaşı var idi.
Mənim yanlış araşdırmalarım minlərlə insanı Allah yolundan döndərib. Bugün mən öz səhvimi düzətmək niyyətindəyəm. Axı, bu yolla sonsuz sayda insanların beyninə girib, onları doğru yoldan aşındırmışam”.
Flünün DNT sahəsində söylədikləri də çox maraqlı və dəyərli faktlardır: “ DNT-nin bioloji araşdırması sübut edib ki, yeni həyatın başlanması üçün minlərə fərqli ünsür bir-birini tamamlamalıdır. Bunu edən qüvvə isə bizdən və elmdən qat-qat qüdrətli olmalıdır. Yer üzündə həyatın ölü materiyadan yaranması kimi primitiv fərziyələrim üçün planet sakinlərindən üzr istəyirəm. İndi düşünəndə ki Yer kürəsində ilk canlı orqanizmin öz bəsit ssenarisi ilə yarandığını iddia edirdim, çox utanıram”.
Xatırladaq ki, Entoni Flu 2010-cu ilin 8 aprelində dünyasını dəyişib.