ABŞ iqtisadiyyatı günəş tutulması nəticəsində 700 milyon dollaradək itirib.

AZƏRTAC “vistanews.ru”ya istinadla xəbər verir ki, buna səbəb “Challenger, gray & Christmas” şirkətinin əməkdaşlarının işi tərk edərək günəş tutulmasını izləməsidir.

Mütəxəssislər bildirirlər ki, Amerika vətəndaşları təbiət hadisəsini izləmək üçün orta hesabla 20 dəqiqə vaxt itiriblər. Günəş tutulmasının daha yaxşı göründüyü ştatlara məhz bu hadisəni görmək üçün gələn turistlərin hesabına büdcəyə milyonlarla dollar daxil olub.

Tennesi ştatının Neşvill şəhəri bazar ertəsi 15-20 milyon dollar xərcləyən 50-70 min turist qəbul edib. Cənubi Korolinanın mənfəəti təxminən 43 milyon dollar olub, Cənub-Şərqi Aydaho ştatı isə 500 min nəfər turist qəbul edib.