Stokholmda dünyanın ən uzun kitab stendi qurulub.

Astarainfo.az Oxu.Az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, ən uzun kitab stendi hər il İsveçdə keçirilən Stokholm Musiqi və Sənət festivalının 27-ci ili üçün xüsusi olaraq hazırlanıb.

Stokholmun mərkəzində açılan kitab stendi 3 kilometrə qədər uzanıb gedir. Köhnə kitabların satıldığı stendə kitabsevərlərin böyük marağı yaranıb.