Türkiyənin məşhur müğənnisi Hande Yener Naxçıvan Muxtar Respublikasında konsert proqramı ilə çıxış edəcək.
Astarainfo.az Djb.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb. Konsert proqramı sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, bu, ifaçının Azərbaycana ilk qastrol səfəri deyil.