NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Donald Trampın Əfqanıstanla bağlı yeni strategiyasını alqışladığını bildirib.

AZƏRTAC xəbər verir ki, baş katib NATO-nun dəstəyi sayəsində Əfqanıstanın artıq təxminən 350 min qoşun və peşəkar təhlükəsizlik qüvvəsinə malik olduğunu söyləyib. Vurğulanıb ki, NATO-nun əsas məqsədi Əfqanıstanın yenidən terror yuvasına çevrilməsinin qarşısını almaqdır. Bunun üçün Əfqanıstanda bütün tərəflər siyasi anlaşma üçün çalışırlar.

Qeyd edək ki, Prezident Donald Trampın yeni strategiyasına əsasən ABŞ-ın bu ölkədəki əsgərlərinin sayı artırılır.