Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” artıq Danimarkadadır.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Kopenhagendə qalacağı otelə yerləşib.

Qeyd edək ki, “Qarabağ”ın “Kopenhagen”lə oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.