UEFA-dan Cüneyt Çakıra təyinat

Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

Astarainfo.az Qol.az-a  istinadən yaydığı xəbərə görə, o,  “Styaua” (Rumuniya) – “Sportinq” (Portuqaliya) cavab oyununu idarə edəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 23-ü Bakı vaxt ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.