Yaponiya dünyaya verdiyi texnoloji yeniliklərlə məşhurdur. Bu dəfə isə daha da irəli gedərək üzən hotel texnologiyası ilə dünyanı təəccübləndirib.
Oxu.Az BoredPanda-ya istinadən məlumat verir ki, “Mizukami” adlı bu sferik kapsul formasındakı hotel Haqasakidəki əyləncə parkı olan Huis Ten Bosch tərəfindən dizayn olunub.
36 kv.m yaşayış sahəsinə malik olan bu hotel otağı digər adi hotellərdən fərqli olmayaraq yataqlara, duşa və tualetə malikdir. Eyni anda 4 nəfərin yaşaması üçün nəzərdə tutulub.
Kapsul hotel əyləncə parkının bu yaxınlarda aldığı adanın ətrafında üzür və biznes məqsədləri üçün gələn ilin qış aylarında istifadəyə verilməsi planlaşdırılır.
Hoteldə gecələmək istəyənlər bir gecə üçün 300 dollar ödəməyi gözə almalıdırlar.