İtaliyada yeddi aylıq körpə zəlzələnin dağıntıları altından sağ çıxarılıb.

AZƏRTAC xəbər verir ki, İskya adasında baş verən 4 bal gücündə zəlzələdə ölənlərin sayı 2-yə, yaralıların sayı isə 39-a çatıb.

Zəlzələ nəticəsində yaşayış binaları dağılıb, 2600 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.