Ağac yarpağı üzərində rəsm əsərləri

Türkiyənin Çanaqqala bölgəsində yaşayan Hülya Qalayçı Unuturun ağac yarpağı üzərində əl ilə çəkdiyi rəsm əsərləri hər kəsdə heyranlıq doğurur.

Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, xətt, rəsm, motiv və abidə kimi yüzlərlə mürəkkəb fiqurlar işləyən rəssam 20 ildən artıqdır sənətin bu maraqlı növü ilə məşğul olur.

Bu janrla dünyada yalnız 4-5 rəssamın məşğul olduğunu bildirən Hülya Qalayçı müxtəlif ölkəsdən sifarişlər alır. Onun əl işlərinin sorağı hətta ABŞ prezidentlərinə qədər çatıb.

Rəssamın dediyinə görə, sənətin bu növü böyük səbir və zəhmət tələb edir və bir əsərin hazırlanması 15 günə qədər vaxt aparır.