Astarainfo.az xəbər verir ki, Astara rayonunda çəltik biçini davam etdirilir.

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu” , “Haşimi”, “Həsəni”və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Rayonda çəltikçilik əsasən Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir. Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır.

Çəltikçilik çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.

Çəltik biçini ilə əlaqədar Astaranın Ərçivan qəsəbəsində fermer Rəcəb Rəcəbovun çəltik sahəsində olduq.Fermer  bildirimişdir ki, bu il 3 hektar ərazidə çəltik əkmişdir və hal-hazırda isə bu gündən biçininə başlanılmışdır. Astaralı əkinçilər çəltik biçildikdən sonra məhsulu yerə sərərək günəşin istisində qurudurlar. Daha sonra isə təmizləmək üçün onu dəyirmana aparırlar.

Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün  yerli və xarici bazarlarda Astara düyüsünə ehtiyac artmışdır.Artıq xarici ölkələrdən də Astara düyüsünün sifarişçiləri olur. “20 ildən çoxdur ki, biz bu sahə ilə məşğuluq. Məhsuldarlığımız da ildən-ilə artır. Ötən əsrin 90-cı illərində də yüksək məhsuldarlıq əldə edərdik. Bu il də həmin nəticəni əldə etdik. Alıcı sarıdan da heç bir problemimiz yoxdur.

Bölgəmizin brendi olan Astara düyüsünün geniş miqyasda təbliği ilə yanaşı, bu gəlirli əkin növünün ilbəil daha da artırılması üçün daim geniş izahat və maarifləndirmə işləri aparılır. İcra başçısı Qəzənfər Ağayev  rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul və görüşlər keçirərkən digər mühüm məsələlərlə yanaşı, çəltikçiliyin çox gəlirli və faydalı olduğunu konkret faktlarla sübut edir, bu sahəyə geniş yer verilməsi barədə tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbərliyi tərəfindən yeni, məhsuldar və keyfiyyətli çəltik toxumlarının gətirilməsi üçün əkinçilərə əlverişli şərait yaradılıb. Gələcəkdə aidiyyəti qurumlarla əlaqəli şəkildə rayonda yüksək keyfiyyətli çəltik toxumlarına olan tələbatın tam ödənilməsinə nail olunacaq. Çəltik əkini ilə məşğul olanlara  daha ucuz başa gəlsin deyə onlara verilən toxumların əvəzinin hazır məhsulla ödənilməsi üçün də şərait yaradılır.

Bu il Astara rayonunda  450 hektar sahədə çəltik yetişdirilib. Biçin prosesinin avqustun sonunadək tam başa çatdırılacağı nəzərdə tutulur.

Astarainfo.az