Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycan taekvandoçularının rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, universiadanın taekvando yarışlarında avqustun 23-də kişi komandamızın üzvlərindən Əli Məmmədovun (58 kq) rəqibi San Marino təmsilçisi Luca Giottı, Milad Beigi Hərçəqaninin (80 kq) rəqibi isə rusiyalı idmançı Boqdan Greçkindir.

Qadınların mübarizəsində isə dayanq üzərinə çıxacaq Safiyə Polatın rəqibi (49 kq) böyük britaniyalı Kourtney Eardley, Fəridə Əzizovanın rəqibi isə (67 kq) iordaniyalı Yulyana Al Sadeqdir.

Xatırladaq ki, ötən gün döşək üzərinə çıxan Ayxan Tağızadə yalnız finalda rəqibinə məğlub olaraq yarışda gümüş medalla kifayətlənib. Yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ikinci rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycanın 12 idmançı ilə təmsil edildiyi Universiadanın taekvando yarışlarına avqustun 26-da yekun vurulacaq.