Braziliyada gəmi batıb: 10 ölü

Braziliyanın Para ştatında sərnişin daşıyan gəmi batıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub, 35 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, gəminin göyərtəsində 70 nəfər olub. İtkin düşənlərin axtarışları aparılır.