Avqustun 23-də gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki, İsmayıllı şəhər və rayonlarının sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 20-dən artıq vətəndaşın müraciətinə baxılıb.

Gənclər sahəsi üzrə müraciətlər əsasən qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqla təmin edilməsi və fəaliyyətinə aid olub.

İdman sahəsi üzrə müraciətləri isə fəxri adların verilməsi, idman mərkəzlərinin zəruri avadanlıqla təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı məsəlləri təşkil edib.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.