Qasırğa səbəbindən Honqkonq beynəlxalq hava limanında 320-yədək aviareys təxirə salınıb.

AZƏRTAC aeroportun onlayn tablosuna istinadla xəbər verir ki, buna səbəb güclü “Hato” qasırğasıdır. Həmçinin qasırğa şəhərdə nəqliyyatın hərəkətini də iflic vəziyyətə gətirib.