Netanyahu Putinlə nəyi müzakirə edəcək?

İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı müzakirə edəcəyi mövzuları məlum olub.

Astarainfo.az Axar.az -a istinadən xəbər verir ki, bu haqda Netanyahu özü danışıb.

“Bu gün Rusiya Federasiyası Vladimir Putinlə görüşəcəyəm. Bu görüşdə İranın Suriyadakı hərbi fəallığının sürətlə artması əsas müzakirə mövzusu olacaq. Çünki bu, təkcə İsrail üçün deyil, bütün Yaxın Şərq ölkələri və dünya üçün problemdir” – deyə baş nazir açıqlama verib.