Prosineçki millimizin heyətini açıqladı

Milli komandamızın heyəti açıqlanıb. 

Qol.az-ın AFFA-nın sayıtna istinadən yaydığı xəbərə görə, baş məşqçi Robert Prosineçki  25 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San Marino ilə qarşılaşacaq.

Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov (“Zirə”), “Səlahət Ağayev (“Neftçi”);

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”),

Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr), Təmkin Xəlilzadə (“Zirə”)

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya), Mahir Mədətov (“Qarabağ”).