ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri təyin edilib

Endyu Şofer ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni daimi həmsədri təyin edilib.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı müvəqqəti həmsədri Riçard Hoqland deyib.

O, bildirib ki: “Bazar ertəsindən Endryu Şofer həmsədr olacaq. O, ABŞ-ın çox təcrübəli diplomatıdır. Şofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında işləyib”.