Astarainfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana yeni səfir təyin edib.
APA-nın Aİ Xarici Əlaqələr Xidmətinin saytına istinadən verdiyi məlumata görə, yeni səfir Kestutis Yankauskasdır.
O, hazırda Gürcüstanda Aİ Monitorinq Missiyasına rəhbərlik edir.
Kestutis Yankauskas bu vəzifədə Malena Mardı əvəzləyəcək.