Gənc memar Ayaz Bağırov “Bakı Mədəniyyət Mərkəzi”nin layihəsini təqdim edib.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, layihəninin 2.23 hektar ərazidə yerləşən 3D təsvirləri sosial şəbəkələrdə böyük maraq doğurub.
Layihəyə əsasən, 10 mərtəbəli bina “Crystall Hall”-un yaxınlığında, Xəzərin sahilində tikiləcək.
Müəllif hesab edir ki, onun layihəsi paytaxtın simvollarından birinə çevrilə bilər. Konstruksiya Heydər Əliyev Mərkəzinin binasının konstruksiyasıyla oxşardır. Memar binanın örtüyündə ağ vinildən istifadə etməyi təklif edir.

Qeyd edək ki, layihə memar tərəfindən təsdiq olunması üçün müvafiq qurumlara göndərilib