Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun bütün təyinatları açıqlanıb.
“Report”un məlumatına görə, “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək turun mərkəzi görüşü keçmiş FİFA referisi Fariz Yusifova tapşırılıb. O, ardıcıl 4-cü dəfə bu komandaların oyununa təyinat alıb. Yusifov ötən mövsümün son 2 dövrəsində və ölkə kubokunun finalında da mərkəzi qarşılaşmanın baş hakimi olub.
Əvəzində ötən tur “Sumqayıt”la matçdan sonra “Qəbələ”nin narazı qaldığı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev oyunsuz qalıb.
25 avqust (cümə)
“İnter” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Fazil Mürşüdov
“İnter Arena”, 18:00 (canlı, “CBC Sport”)
“Neftçi” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
“Bakcell Arena”, 20:30 (canlı, “CBC Sport”)
26 avqust (şənbə)
“Zirə” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 18:00 (canlı, “CBC Sport”)
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”, 20:30 (canlı, “CBC Sport”).