Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçirilib.
Astarainfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, Monako şəhərində baş tutan püşaktmada “Qarabağ”ın qrupdakı rəqibləri də bilinib. Ağdam təmsilçisi 4-cü səbətdə yer alıb.
C qrupunda mübarizə aparacaq klubumuzun rəqibləri “Çelsi” (İngiltərə), “Atletiko Madrid” (İspaniya) və “Roma” (İtaliya) klubları olub.
Qrupda ilk oyunlar 12-13 sentyabr tarixundə baş tutacaq. İkinci matçlar 26-27 sentyabr, üçüncü matçlar 17-18 oktyabr, dördüncü matçlar 31 oktyabr-1 noyabr, beşinci matçlar 21-22 noyabr, son matçlar isə 5-6 dekabr tarixlərinə planlaşdırılıb.
Əgər klubumuz qrup mərhələsini keçə bilsə 11 dekabr tarixin son 16-lığa qalan rəqibi bəlli olacaq. Son 16-lıqda isə ilk matçlar növbəti ilin 13-14-20-21 fevral tarixində, cavab qarşılaşmaları isə 6-7-13-14 martda keçiriləcək. 1/4 final gprüşü 3-4 aprel, cavab qarşılaşmaları 10-11 apreldə baş tutacaq. 1/2 finallar 24-25 aprel, cavab qarşılaşmaları isə 1-2 mayda olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı Ukraynanın Kiyev şəhərində baş tutacaq. Dəqiq tarix isə hələ müəyyənləşməyib.