Ronaldo Avropanın ən yaxşı futbolçusu seçildi — SON DƏQİQƏ

Avropada 2016-2017-ci il mövsümün ən yaxşı futbolçusu seçilib.

Astarainfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu haqda qərar az öncə Çempionlar Liqasının keçirilən püşkatma mərasimində açıqlanıb.

UEFA-ya üzv olan ölkələrin jurnalistləri arasında keçirilən səsverməyə əsasən, Avropanın ən yaxşı futbolçusu adına “Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo layiq görülüb.

Ronaldo ötən mövsüm “Real”ın heyətində Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub.