Rusiyanın Sudandakı səfiri ölkənin paytaxtı Xartumda öz iqamətgahında ölü tapılıb.

Astarainfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Rusiya XİN məlumatı təsdiqləyib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, 2013-cü ildən Rusiyanın Sudandakı diplomatik missiyasına Mirqayas Şirinski rəhbərlik edir.