“Roma” və “Çelsi” ilə yanaşı, bizim də qrupdan çıxmaq şansımız çox ola bilər. Amma Azərbaycan səfəri hamı üçün çətin keçəcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

Argentinalı mütəxəssisin çalışdırdığı komanda Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Roma” və “Qarabağ”la qarşılaşacaq.

Klubun saytına açıqlama verən Simeone püşkü dəyərləndirib. Azərbaycan səfərinin çətin keçəcəyini deyən təcrübəli məşqçi qrupdakı digər komandaları da tərifləyib: “Çelsi” ötən mövsümü əla keçirmiş komandadı. Çox yaxşı futbolçuları və baş məşqçisi var. O, daim özünü inkişaf etdirir, həmişə güclü rəqabət yaradır. “Roma” da sözünü demiş komandadı. Onlar çox yaxşı futbol oynayırlar və fantastik məşqçiyə sahibdilər. Bu qrupda olduğumuz üçün şadıq”.

Qeyd edək ki, “Atletiko”nun “Qarabağ”la ilk oyunu oktyabrın 18-də Bakıda, növbəti görüşü isə həmin ayın 31-də Madriddə baş tutacaq.