Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Astarainfo.az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Report-a verilən məlumata görə, qrupa 360 nəfər daxildir.

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər.

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.

Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.