“BBC Türk” “Qarabağ” futbol klubunun möhtəşəm qələbəsinə aid geniş yazı dərc edib.
Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, məqalədə klubun tarixi haqqında geniş məlumat verilib. Komandanın 1951-ci ilin 23 iyul tarixində Azərbaycanın Qarabağ bölgəsinin Ağdam şəhərində qurulan və əsl adının “Qarabağ Ağdam” olduğu qeyd edilib. Klub ilk dəfə Sovet İttifaqı dövründə 1966-cı ildə milli çempionatda iştirak edib.
Yazını türkcədən tərcümə olaraq oxucularımıza çatdırırıq:
1968-1976-cı illər ərzində maddi problemlər səbəbindən liqanı tərk edib. 1977-ci ildə “Şəfəq” adı ilə yenidən liqada mübarizəyə başlayıb. 1988-ci ildə Azərbaycanda ilk milli liqa çempionu olub.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda ilk milli və müstəqil futbol liqasının oyunları 1992-ci ildə keçirilib. Növbəti il “Qarabağ” Azərbaycan premyer liqasının ilk çempionu olub və Azərbaycan kubokunu qazanıb.
Ağdamın qüruru
Ağdam əhalisinin qüruru olan “Qarabağ”ın bu uğuru eyni zamanda Azərbaycanda ilk dəfə paytax Bakı klubundan başqa bir klubun çempion olması mənasına gəlirdi. Amma müharibə həm klubun, həm də Ağdam əhalisinin sevincini kölgədə qoydu.
1993-cü ildə Ermənistan Dağlıq Qarabağı işğal etdi. Klubun oyunları keçirilən “İmarət” stadionu bombalandı. Stadionsuz qalan klub digər bütün vəsaitlərini də itirdi və Ağdamdan Bakıya köçmək məcburiyyətində qaldı.
Serpil Hamdi Tüzün də işləyib
1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində baş verən iqtisadi böhran kluba ciddi təsir etdi. Amma buna rəğmən “Qarabağ” klubu 1999-cu ildə UEFA İntertoto kubokunda İsrailin “Maccabi Haifa” komandasına qalib gələrək Avropa kuboklarında mərhələ adlayan ilk Azərbaycan komandası oldu.
2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən bir şirkət kluba sponsor oldu. Komanda 2003-2004-cü il mövsümünü 3-cü yerdə başa vurdu. Sponsorluqla birlikdə infrastruktura ciddi önəm veridi.
Serpil Hamdi Tüzünün də uzun müddət klubda işləməsi “Qarabağ”ın taleyini dəyişdirdi. Klub infrastrukturunun yenilənməsinin meyvələrini son 3 mövsümdür ki, ard-arda qazandığı liqa çempionluğu ilə topladı.
2008-ci ildə keçmiş futbolçu Qurban Qurbanov komandaya baş məşqçi təyin edildi.
Qafqazın “Barcelona”sı
2009-2010 mövsümündə Avropa Liqasının ilkin təsnifat mərhələsində “Rosenborg” və “Honka” klublarını məğlub edən kluba Qafqazın “Barcelona”sı ləğəbi verildi. Qurbanovun əsasən azərbaycanlılardan ibarət komandası bəyənildi.
Son liqa çempionluğunu 1992-1993-cü illərdə qazanan “Qarabağ” 21 ildən sonra 2013-2014 mövsümündə Azərbaycan çempionu oldu. Beləcə Bakı klublarının hegemonluğu başa çatdı.
2009-2015-ci illər arasında 4 mövsüm UEFA Avropa Liqası təsnifat mərhələlərində mübarizə aparan klub 2014-2015 mövsümünün əvvəlində Hollandiyanın Tventi klubunu məğlub etdi. Beləcə “Neftçi” klubundan sonra UEFA Avropa Liqsında qrup oyunlarına qalan ikinci komanda oldu.
Qrup mərhələsini 6 xalla üçüncü pillədə başa vuran “Qarabağ” 23 oktyabr 2014-cü idə “Dnepr”ə qalib gəlməklə Avropa Liqasında qrup mərhələsində oyun qalibi olan ilk Azərbaycan komandası oldu.
Ermənistanın Dağlıq Qarabağı işğalından sonra oyunlarını Ağdam yerinə fərqli stadionlarda keçirən “Qarabağ”ın 2008-ci ildən bu yana baş məşqçisi Qurban Qurbanovdur.
Ən zəif büdcəli komanda
Komandanın heyətində İspaniyadan iki, Braziliya, Haiti, Makedoniya, Ukrayna Bosniya və Hersoqovina, Polşa, Cənubi Afrikadan bir oyunçu var. “Qarabağ” 12 milyon 28 min avroluq heyəti ilə Çempionlar Liqasında qrup mərhələsinə adlayan 32 komanda arasında ən zəif büdcəli komanda olacaq.
Komandanın ləqəbləri arasında ən qədimi “Atlılar”dır. Ləqəb Qarabağ atları ilə əlaqəlidir. İngiltərədə hazırlanan klub loqosunda da iki at yer alıb.
Son hadisələrdən sonra klub azarkeşlərin gözündə əfsanəyə çevrilib. Çünki Qarabağ Ermənistanın işğal etdiyi, Azərbaycanın nəzarəti altında olmayan bir bölgəni təmsil edir və Ağdamda yaşayanların “Qarabağ”ın qələbəsi ilə böyük bir sevinc yaşayırlar.