Avqustun 25-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC xəbər verir ki, qəbulda iştirak edən vətəndaşların müraciə
tlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və Fövqəladə Hallar Nazirliyinin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.