Millimiz yenə uduzdu

Minsk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, Belarusun U-19 komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.

Bu komandalar arasında avqustun 22-də keçirilmiş yoldaşlıq oyunu da belaruslu futbolçuların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.