Avtobus qəzasında ölənlərin sayı 17-ə çatdı.

Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, Krasnodar vilayətinin Temryük rayonunda körpüdən dənizə aşan avtobusda həlak olanların sayı 17-ə çatıb.

Fövqəladə hallar nazirliyinin məlumatında deyilir: “17 nəfərin meyiti tapılıb. 27 nəfər xilas edilib. Onlardan 15-i xəstəxanalara yerləşdirilib”.

***

Rusiyanın Krasnodar vilayətində avtobus qəzası baş verib.

“Ölkə.Az” xəbər verir ki, fəhlələri aparan avtobus dənizə yuvarlanıb. İnsident nəticəsində 14 nəfər həlak olub, 24 nəfər isə  xəsarət alıb.

Bu barədə Rusiyanın fövqəladə hallar nazirliyi açıqlama verib. Açıqlamaya əsasən Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətində fəhlələri aparan avtobus yoldan çıxaraq dənizə aşıb. Qəzada 14 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Yaralılardan 8-inin vəziyyəti ağırdır. Açıqlamada qeyd edilib ki, avtobus “Tamanneftqaz” şirkətinə məxsus olub.